San-Dieqo zooparkının ən tanınmış sakinlərindən biri, 141 yaşlı tısbağa “Gramma” ölüb.
Musavat.com xəbər verir ki, o, Qalapaqos adalarının vəhşi təbiətində doğulmuş, təxminən bir əsr əvvəl ABŞ-a gətirilmişdi.
Tarixi sənədlərdə onun San-Dieqoya nə vaxt gəldiyi tam göstərilməsə də, məlumdur ki, 1928–1931-ci illər arasında Nyu-Yorkun Bronks zooparkından gətirilən ilk Qalapaqos tısbağaları qrupunda olub.
“Gramma” həm sosial şəbəkələrin ulduzu, həm də zooparkın rəmzi idi. Dünyada iki dünya müharibəsi, pandemiyalar, ABŞ-da 20-dən çox prezident dəyişikliyi, texnologiyanın at arabalarından süni intellektə qədər yüksəlişi baş verərkən, o sadəcə günəşin altında sakit həyatına və sevdiyi qidalara sevinirdi.
Musavat.com