AZ

141 yaşlı əfsanəvi “Gramma” tısbağası öldü - VİDEO

San-Dieqo zooparkının ən tanınmış sakinlərindən biri, 141 yaşlı tısbağa “Gramma” ölüb.

Musavat.com xəbər verir ki, o, Qalapaqos adalarının vəhşi təbiətində doğulmuş, təxminən bir əsr əvvəl ABŞ-a gətirilmişdi.

Tarixi sənədlərdə onun San-Dieqoya nə vaxt gəldiyi tam göstərilməsə də, məlumdur ki, 1928–1931-ci illər arasında Nyu-Yorkun Bronks zooparkından gətirilən ilk Qalapaqos tısbağaları qrupunda olub.

“Gramma” həm sosial şəbəkələrin ulduzu, həm də zooparkın rəmzi idi. Dünyada iki dünya müharibəsi, pandemiyalar, ABŞ-da 20-dən çox prezident dəyişikliyi, texnologiyanın at arabalarından süni intellektə qədər yüksəlişi baş verərkən, o  sadəcə günəşin altında sakit həyatına və sevdiyi qidalara sevinirdi.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr