AZ

Dəhşətli yanğın nəticəsində ölənlərin sayı ARTIR

Honkonqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 75-ə çatıb.

Musavat.com "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, kompleksdəki səkkiz yaşayış blokunda 2024-cü ilin iyul ayından təmir işləri aparılır. Hakimiyyət orqanları təmir işlərində istifadə olunan tez alışan penopolistirolun yanğının sürətlə yayılmasına səbəb olduğunu bildirir. Polis faciə ilə bağlı iki tikinti şirkətinin direktoru və bir məsləhətçi mühəndisi həbs edib. 

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr