AZ

“Səbail” baş məşqçisini istefaya göndərdi

Azərbaycan I Liqa təmsilçisi “Səbail” baş məşqçisi Elvin Məmmədovla yollarını ayırıb.

Klubdan NOCOMMENT.az-a verilən məlumata görə, qərar komandanın İdarə Heyətinin iclasından sonra qəbul edilib.

Toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub.

İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İdarə Heyəti məşqçilərə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Bizi Facebookda izləyin

Seçilən
106
9
nocomment.az

10Mənbələr