AZ

Dəhşətli yanğın ən azı 55 nəfəri həyatdan qopartdı, yüzlərlə itkin var

26 noyabrda Honkonqda çoxmərtəbəli yaşayış kompleksini bürüyən böyük yanğında ən azı 55 nəfər ölüb.

BBC-nin məlumatına görə, yanğın Tai Po rayonunda yerləşən böyük ictimai yaşayış kompleksi olan “Wang Fuk Court” binasında baş verib. 1983-cü ildə tikilmiş kompleks, hər biri 31 mərtəbəli səkkiz qüllədən ibarətdir və yanğın nəticəsində yeddi bina zərər görüb.
2021-ci il hökumət siyahıyaalmasına görə, kompleksdə təxminən 4600 sakinin yaşadığı 1984 mənzil var. Yanğın zamanı kompleksdə olmuş insanların dəqiq sayı məlum deyil. Yüzlərlə insan itkin düşüb.

Ölənlərin sayı artmaqda davam etsə də, yanğınsöndürmə xidməti daha çox qurbanın xilas edilməsi ehtimalını istisna etmədiyini bildirir. Mətbuat konfransında sözçü bildirib ki, “Biz hələ də təslim olmuruq”. Lakin departament binalarda qalan sakinlərin sağ qalma şansları ilə bağlı şərh verməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr