AZ

Trend və DHA agentlikləri süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir - Sevil Mikayılova

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış"Demirören Agentliyi" (DHA) süni intellekt əsaslı rəqəmsalplatformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir.

Trend xəbər verirki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü,Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova TürkDövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan“Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlıəməkdaşlıq imkanları” mövzusuna həsr olunan ikinci panel sessiyadaçıxışı zamanı deyib.

“Trend və DHA agentlikləri birlikdə çox maraqlı bir layihə iləçıxış etdi: müasir informasiya texnologiyalarına əsaslanan və bugün üçün zəruri əməkdaşlığı ehtiva edən yeni bir platforma. Bizartıq digər dövlətləri, hətta türkdilli olmayan ölkələri də bulayihəyə cəlb etmişik.

Çinin nüfuzlu "Xinhua" Agentliyi də layihəyə qoşulmağa razılıqverib. Eyni zamanda, türk dövlətlərindən olan bütün həmkarlarımızıda bu platformaya dəvət etmişik. Burada bir multimedia stokuyaradılıb,” deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, xüsusilə internet məkanındadezinformasiyanın geniş vüsət aldığı bir dövrdə belə birplatformanın mövcudluğu böyük əhəmiyyət kəsb edir.

“Süni intellekt vasitəsilə yaradılan yalan informasiyalara cavabolaraq doğru və dəqiq kontentin çox olması vacibdir. Məhz buməqsədlə biz bu stoku yaratdıq. Həmçinin, süni intellekt vasitəsiləmüxtəlif dillərə tərcümə imkanlarını ilk dəfə uğurla tətbiq edərəkçox müsbət nəticə əldə etmişik", - deyə millət vəkilivurğulayıb.

S. Mikayılova əlavə edib ki, digər ölkələrdən olan həmkarları daplatformaya cəlb etməklə çox müsbət bir media mühiti formalaşdırılabilər:

"Burada dəqiq, ictimaiyyəti düzgün istiqamətləndirən xəbərlərtəqdim ediləcək. Xəbərin mahiyyətindən asılı olmayaraq məlumatkorrekt və etibarlı olacaq. Dövlətlər arasında stratejikommunikasiyanın qurulması bu gün çox vacibdir. Etiraf etməliyikki, sosial media və ənənəvi media ictimai şüura təsir baxımındanson dərəcə güclü vasitələrdir. Amma belə platformaların mövcudluğu,dəqiq informasiya mənbələrinin toplandığı mühitin yaradılmasıvacibdir. Diplomatlar, qərarverici şəxslər və media savadlılığıolan insanlar üçün bu platforma çox dəyərlidir. Zaman keçdikcətexnologiyaların inkişafı ilə bu mühitdə daha yüksək səviyyəlimedia sistemi formalaşacaq. Lakin indiki mərhələdə dayana bilmərik:həm qanunvericilik bazasını möhkəmləndirməli, həm də yeni mediahüququnun yaradılması və əməkdaşlıq platformalarının qurulmasıistiqamətində çalışmalıyıq”,- deyə S.Mikayılova bildirib.

Deputat bir neçə gün əvvəl Bakıda D8 ölkələrinin Media Forumununkeçirildiyini xatırladaraq qeyd etdi ki, dövlətin apardığı siyasixətti ideoloji baxımdan möhkəmləndirmək üçün bu cür forumlara böyükehtiyac var.

“Digər ölkələri də platformaya cəlb etməklə coğrafiyamızda dəqiqinformasiyanın əhatə dairəsini genişləndirə bilərik. Beləliklə,fake news, dezinformasiya ilə mübarizədə bir sədd yarada bilərik.Bu, bütün həmkarlarımız üçün çox faydalı olacaq", - deyə S.Mikayılova fikrini tamamlayıb.

Seçilən
57
3
az.trend.az

4Mənbələr