GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avropa hələ də Ukrayna üçün əlverişli nəticəyə ümid etsə də, Kiyevin Rusiya ilə münaqişədə qalib gəlmək şansının olmadığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu fikri hollandiyalı deputat Ralf Dekker RİA Novosti-yə açıqlamasında səsləndirib.
Deputatın sözlərinə görə, Avropa qeyri-real dünyada yaşayır və ABŞ-ın irəli sürdüyü nizamlama planının həyata keçməsinə mane olur.
O qeyd edib ki, Avropa ölkələri Rusiya tərəfindən qəbul edilməyəcək sülh şərtləri təklif edir, o cümlədən atəşkəs və Ukraynanın NATO-ya mümkün üzvlüyü kimi variantlar irəli sürür.
Dekker bildirib ki, Avropa ABŞ-ın real təkliflərini sistemli şəkildə zəiflədərək onları Moskva üçün qəbuledilməz siqnala çevirir:
“Biz özümüzü qalib kimi göstəririk, amma getdikcə daha aydın olur ki, uduzan tərəf bizik”.
Onun fikrincə, Ukraynanın getdikcə daha böyük hissəsi davam edən münaqişədə qaçılmaz olaraq itirilir və proses ölkə üçün dəhşətli itkilərlə müşayiət olunur.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.