AZ

20 Yanvar” dairəsində hərəkət bərpa olunub - Yenilənib

"20 Yanvar" dairəsində dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.

***

Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması nəqliyyatda sıxlıq yaradıb.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Seçilən
12
7
anews.az

10Mənbələr