AZ

Almaniya kansleri ABŞ-ın sülh planından şoka düşüb

Almaniya kansleri Fridrix Merts ABŞ-ın Ukrayna üçün sülh planı haqqında mediadan məlumat əldə edib.

"Ölkə.az" xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, amerikalılar Merzə plan barədə heç nə deməyiblər.

Qəzetin mənbələrinə görə, kanslerin komandası Trampla telefonla bir neçə dəfə əlaqə saxlamağa çalışıb.

"Avropalılar ABŞ-ın bir plan hazırladığını bilirdilər, amma heç kim bunun Moskva üçün faydalı olacağını və Avropanı öz qitəsində müharibə ilə bağlı qərarlardan kənarda qoyacağını gözləmirdi", məqalədə deyilir.

“NYT” xəbər verir ki, Aİ liderləri təcili şəkildə  ABŞ-ın mövqeyini dəyişdirməyə məcbur olublar.

Qəzetin məlumatına görə, avropalılar Ukrayna üçün ən təhlükəli müddəaları sənəddən çıxarmağı bacarıblar, lakin hadisə Tramp administrasiyasının əsas müttəfiqlərini necə asanlıqla görməzdən gəlməyə hazır olduğunu nümayiş etdirib.

Elvin

Ölkə.az

Seçilən
14
olke.az

1Mənbələr