BAKI, 28 noyabr. TELEQRAF
Gürcüstan gömrükçüləri “Sadaxlı” keçid məntəqəsində Azərbaycandan daxil olan və 10 185 ədəd müxtəlif kəsmə gül daşıyan nəqliyyat vasitəsini saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Georgia Online” saytı məlumat yayıb.
Sanitariya-karantin yoxlama prosedurları zamanı Gürcüstanın fitosanitar tələblərinin pozulması halları aşkar edilib: güllərdə canlı zərərvericilər və onların vurduğu ziyan aşkar edilib.
Gürcüstan hökumətinin qərarına əsasən, yük geri qaytarılıb.