AZ

Britaniya da Lukoyl-a möhlət verdi

Böyük Britaniya Lukoyl şirkətinin beynəlxalq aktivlərini idarə edən Lukoil International GmbH ilə əməliyyatlara üç ay müddətinə icazə verib.

Musavat.com xəbər verir ki, 27 noyabr - 26 fevral 2026-cı il tarixləri arasında qüvvədə olan müvafiq lisenziya bu gün Britaniya hökumətinin saytında dərc edilib.

Bu müddət ərzində, digər əməliyyatlarla yanaşı, mövcud və ya yeni müqavilələr çərçivəsində Lukoil International və onun törəmə şirkətlərindən ödənişlər etməyə və ya almağa icazə verilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ da Lukoyl-a xaricdəki aktivlərini satmaq üçün əlavə möhlət verib.

 

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr