Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün Gəncə şəhərində "Azərbaycan-türk bədii təfəkkürünün zirvəsi Nizami Gəncəvi" mövzusunda elmi praktik konfrans keçiriləcək.Newscenter.az xəbər verir ki, konfrans Gəncədəki Nizami Gəncəvi adına Muzeydə baş tutacaq.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda Nizami Gəncəvi yaradıcılığından danışılacaq, dahi şairin şerləri səsləndiriləcək. Konfransda həmçinin Nizami Gəncəvi yaradıcılığının Azərbaycan-türk bədii təfəkküründə yeri və rolundan söhbət açılacaq.Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.