AZ

Bolqarıstanda GƏRGİNLİK: Avroya keçid ərəfəsində xalq AYAĞA QALXDI – VİDEO

Sofiyada əhali vergi artımına qarşı küçələrə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Avrozona ərəfəsində vergilərin artırılması Bolqarıstan paytaxtında minlərlə insanı hiddətləndirib.

Bolqarıstanın paytaxtı Sofiyada minlərlə insan növbəti ilin büdcə layihəsində nəzərdə tutulan vergilərin kəskin artırılmasına etiraz olaraq nümayiş keçirib.

Etiraz aksiyaları ölkənin avrozonaya daxil olmağa hazırlaşdığı bir vaxtda baş verir. Bu keçidin gələn ilin əvvəlində reallaşması planlaşdırılır.

Aksiya iştirakçıları büdcə parametrlərinin dəyişdirilməsini tələb edirlər. Onlar ilk növbədə pensiya ayırmalarının 2 faiz artırılmasına və depozitlərə tətbiq ediləcək vergiyə etirazlarını bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr