AZ

İranın ali dini lideri Tehranın Vaşinqtona mesaj göndərdiyinə dair xəbərləri “yalan” adlandırdı

BAKI, 28 noyabr. TELEQRAF

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei İran İslam Respublikasının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi vasitəsilə bu yaxınlarda ABŞ prezidentinə mesaj göndərməsi iddiasını “açıq-aşkar yalan” adlandırıb.

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Xamenei cümə axşamı ölkədə, regionda və dünyada baş verən aktual problemlərlə bağlı çıxış edib. Onun çıxışı İranın milli televiziya və radiosu ilə yayımlanıb.

Ayətullah Xamenei İran xalqının iyunda 12 günlük müharibədə birliyini qoruyaraq ABŞ və İsraili məğlub etdiyini deyib: "İsrail və ABŞ 20 il ərzində təcavüzə hazırlaşıb və sonda məğlub olublar".

Ali dini rəhbər həmçinin bildirib ki, İran İslam Respublikası heç vaxt ABŞ-ın hazırkı hökumətinə hər hansı siyasətçidən mesaj göndərməyib: "Bu cür bəyanatlar açıq-aşkar yalandır. ABŞ-nin hazırkı hökuməti münaqişəni qızışdırır və sionist rejimin cinayətlərində şərik olur.İslam hökuməti amerikalı siyasətçiləri danışıqlar aparmağa layiq hesab etmir".

Seçilən
16
teleqraf.com

1Mənbələr