AZ

Moldova MDB ölkələri ilə vizasız rejimi ləğv edir

Ajans.az xəbər verir ki, bunu parlamentin spikeri İqor Qrosu bildirib. Moldova hökuməti noyabrın 12-də MDB çərçivəsində imzalanmış yeddi sazişin, o cümlədən birliyin iştirakçı dövlətlərin vətəndaşlarının vizasız gediş-gəlişinə dair sazişin denonsasiyasını təsdiqləyib. MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9 oktyabr 1992-ci il tarixində Bişkekdə imzalanıb və vətəndaşlara ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi.

Qanun layihəsinin müəlliflərinin qeyd etdiklərinə görə, hazırda Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla bütün MDB ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri mövcuddur.

Seçilən
24
Ajans.az

1Mənbələr