AZ

Estoniyada hərbi xidmət üçün dil tələbi qüvvəyə minir

Bakı. Trend:

Estoniyada 2026-cı ildən etibarən müddətli həqiqi hərbi xidmətəyalnız eston dilini bilən gənclər çağırılacaq.

Trend xəbər verirki, bu barədə məlumat "Ohtuleht" nəşrinə istinadən verilib.

Yeni qaydaya görə, çağırışçılar eston dilini B1 səviyyəsindəbilməlidirlər. Bu səviyyədə şəxs sadə komandaları başa düşür vətəlim almağa qadirdir. Orduda hesab edirlər ki, bu tələbin tətbiqidil baryeri səbəbindən çağırışçıların ən sadə əmrləri beləanlamaması problemini aradan qaldıracaq.

Əgər çağırışçı eston dilini B1 səviyyəsində bilmirsə, o,ehtiyata daxil edilməyəcək, lakin 27 yaşadək çağırışçı statusundaqalacaq. Bu müddət ərzində zəruri dil bacarıqlarını əldə edərsə,hərbi xidmətə çağırılacaq, əks halda 28 yaşına çatdıqda ehtiyatakeçiriləcək.

Seçilən
20
1
az.trend.az

2Mənbələr