AZ

Rusiyada “Toyota”ya rekord cərimə: avtomobil sahibinə 36 milyon rubldan çox kompensasiya ödənildi

Musavat.com xəbər verir ki, Krasnoyarsk sakini 2017-ci il istehsalı Land Cruiser 200 avtomobilinin mühərrikində aşkar edilən zavod qüsuruna görə “Toyota” şirkətinə qarşı məhkəmə çəkişməsində qalib gəlib və 36 milyon rubldan (təxminən 610 min AZN) çox kompensasiya alıb.

Qeyd edək ki, avtomobilin bazar dəyəri təxminən 5 milyon rubl (84 min AZN) olub.

Rəsmi diler avtomobilin təmirindən imtina edərək problemi “uyğun olmayan filtr”lə əlaqələndirməyə çalışıb. Lakin müstəqil ekspertiza mühərrikdə məhz istehsal qüsuru olduğunu təsdiqləyib.

Məhkəmə iddiaçının bütün tələblərini təmin edib. Kompensasiya paketinə aşağıdakılar daxil edilib:

avtomobilin dəyəri — 5 milyon rubl (84 min AZN),

qiymət fərqi,

hesablanmış cərimələr,

dəymiş ziyanın əvəzlənməsi,

əlavə hüquqi və ekspertiza xərcləri.

 

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr