Baykonur kosmodromunda baş verən ağır qəza Rusiyanın insanlı kosmik uçuşlarını qeyri-müəyyən müddətə dondurub.
Musavat.com xəbər verir ki, “Soyuz MS-28” raketinin buraxılışı zamanı ISS-ə pilotlu missiyalar üçün yeganə platforma olan 31-ci start meydançasının xidmət kabini birinci pillənin güclü qaz axınının təsiri ilə çökərək tamamilə yararsız hala düşüb.
Raketdəki kosmonavtlar xəsarət almasa da, start kompleksinin bərpası uzun vaxt tələb edəcək. İlkin qiymətləndirmələrə görə, təmir prosesi iki ilə qədər uzana bilər.
Hadisədən sonra “Soyuz” və “Progress” buraxılışları qeyri-müəyyən müddətə dayandırılıb. Kosmos tədqiqatçısı Vitali Yeqorov vəziyyəti belə şərh edib:
“Rusiya bu gündən etibarən insanları kosmosa göndərmək imkanını itirdi”.
Musavat.com