AZ

ABŞ-də “Green Card”lar kütləvi şəkildə yenidən yoxlanılacaq

BAKI, 28 noyabr. TELEQRAF

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi Vaşinqtonda Ağ Ev yaxınlığında baş verən silahlı insidentdən sonra yüksək riskli ölkələrdən olan miqrantlara verilmiş bütün “Green Card”ların tam şəkildə yenidən yoxlanılması barədə göstəriş verib.

Teleqraf xəbər veirr ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) direktoru Cozef Edlov məlumat verib.

O, qərarın ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında qəbul edildiyini bildirib.

“Narahatlıq doğuran bütün ölkələrdən olan əcnəbilərə verilmiş hər bir “Green Card” ciddi və genişmiqyaslı şəkildə yenidən araşdırılacaq”, - Edlov "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, milli təhlükəsizlik prioritet olaraq qalır və ABŞ vətəndaşları əvvəlki administrasiyanın “məsuliyyətsiz köçürmə siyasətlərinin” nəticələrinə görə risk altına düşməməlidir.

“Amerikanın təhlükəsizliyi müzakirə mövzusu deyil”, - deyə USCIS rəhbəri vurğulayıb.

Seçilən
91
teleqraf.com

1Mənbələr