AZ

"Samsunspor" İslandiya klubu ilə oyunda xal itirib

UEFA Konfrans Liqasının IV turu diqqətçəkən nəticələrlə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə, gecənin ən gözlənilməz hesabı Florensiyada qeydə alınıb. İtaliya təmsilçisi “Fiorentina” öz meydanında AEK-ə (Yunanıstan) 0:1 hesabı ilə məğlub olub. Bu nəticə qrupdakı mövcud vəziyyətə ciddi təsir göstərib və italiyalıların növbəti mərhələ şansını çətinləşdirib.

Turun ən inamlı qələbələrindən biri Polşa təmsilçisindən gəlib. “Rakuv” evdə Avstriyanın “Rapid” komandasını 4:1 hesabı ilə məğlub edərək liderlik iddiasını gücləndirib.

Səfərdə oynayan Çexiya “Sparta”sı da əhəmiyyətli nəticə əldə edib. Varşavada “Legiya”nı 1:0 hesabı ilə məğlub edən Praqa klubu turnirdə üstün mövqeyini qoruyub.

Digər önəmli görüşdə Ukraynanın “Şaxtyor” komandası “Şemrok Rovers”ə qarşı səfərdən 2:1 hesablı qələbə ilə dönüb. Donetsk təmsilçisi matçda geridə olsa da, ikinci hissədə oyunu öz xeyrinə çevirə bilib.

UEFA Konfrans Liqası

Liqa mərhələsi, IV tur

21:45. “AZ Alkmaar” (Niderland) - "Şelburn" (İrlandiya) - 2:0

21:45. "Slovan" (Slovakiya) - "Rayo Valyekano" (İspaniya) - 2:1

21:45. "Lex" (Polşa) - "Lozanna" (İsveçrə) - 2:0

21:45. "Omoniya" (Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

21:45. "Zrinski" (Bosniya və Herseqovina) - "Hekken" (İsveç) - 2:1

21:45. "Siqma" (Çexiya) - "Selye" (Sloveniya) - 2:1

21:45. "Rakuv" (Polşa) - "Rapid" (Avstriya) - 4:1

21:45. "Universitatya" (Rumıniya) - "Mayns" (Almaniya) - 1:0

21:45. "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) - 3:1

00:00. "Fiorentina" (İtaliya) - AEK (Yunanıstan) - 0:1

00:00. "Legiya" (Polşa) - "Sparta" (Çexiya) - 0:1

00:00. "Şemrok Rovers" (İrlandiya) - "Şaxtyor" (Ukrayna)- 1:2

00:00. "Strasburq" (Fransa) - "Kristal Pelas" (İngiltərə) - 2:1

00:00. "Yagelloniya" (Polşa) - "KuPS" (Finlandiya) - 1:0

00:00. "Riyeka" (Xorvatiya) - AEK (Larnaka, Kipr)- 0:0

00:00. "Aberdin" (Şotlandiya) - "Noa" (Ermənistan) - 1:1

00:00. "Drita" (Kosovo) - "Şkendiya" (Şimali Makedoniya)- 1:0

00:00. "Breydablik" (İslandiya) - "Samsunspor" (Türkiyə). -2:2

Seçilən
84
11
90deqiqe.az

10Mənbələr