AZ

Yeni Konstitusiya mətni bu tarixdə hazır olacaq

Ermənistanın Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirlib.

Publika.az News.am-a istinadla xəbər verir ki, qurumun son iclasına Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib.

Qeyd edilib ki, şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər.

"Bir daha təsdiqləmək istəyirəm ki, Ədliyyə Nazirliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək: mətnin hazırlanmasını və onun hazırlanma müddətlərinə nəzarəti. Xüsusilə, bu öhdəlik yeni Konstitusiya mətninin mart ayında hazır olmasını nəzərdə tutur.

Seçilən
52
publika.az

1Mənbələr