AZ

Söyüşə görə keçmiş məhkumu öldürən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Səyavuş Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun aralarında yaranan münaqişə nəticəsində 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Araz Həsənovu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən S.Abbasov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə Səyavuş Abbasov ifadəsində bildirib ki, mərhumu ona qonaqlıq vermək üçün evimə dəvət edib, yeyib-içəndən sonra aralarında münaqişə yaranıb. Buna səbəb isə Araz Həsənovun təqsirləndirilən şəxsin valideynlərini təhqir edərək onların ünvanına söyüş söyüb. Sonra Səyavuş mətbəxdən götürdüyü bıçaqla onu öldürüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 28 Noyabr 2025, 08:13   
Seçilən
18
pravda.az

1Mənbələr