AZ

Devrilən prezident Seneqala aparıldı

Hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Qvineya-Bisaunun keçmiş prezidenti Oumarou Sisoko Embalo Seneqala gedib.

Musavat.com xəbər verir ki, məlumatı Seneqalın Xarici işlər, Afrika inteqrasiyası və xaricdə seneqallılarla iş üzrə naziri Şeyx Nianq açıqlayıb: "Seneqal hökuməti Bisauya təyyarə göndərib və təyyarə Sisoku Embalonun müşayiəti ilə Dakara qayıdıb". Nianqın sözlərinə görə, Sisoku Embalo sağ-salamatdır. Onun vətənini hansı şəraitdə tərk etdiyi hələlik açıqlanmayıb.

Noyabrın 26-da hərbi çevrilişlə Qvineya-Bisauda hakimiyyəti ələ keçirən hərbçilər prezident Sisoku Embalonu deviriblər. O, prezident sarayındakı ofisində, sonra ordu baş qərargah binasında həbsdə saxlanılıb. Afrika Birliyi, digər regional təşkilatlar və çoxsaylı Afrika ölkələri Sisoku Embalonun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr