AZ

Məşhur aktrisa narkotika ilə TUTULDU

Rusiyada Domodedovo Şəhər Məhkəməsi narkotik qaçaqmalçılığında ittiham olunan aktrisa Aqlaya Tarasova barəsində qərar çıxarıb. Vətəninfo.az xəbər verir ki, o,  üç il şərti həbs və iki yüz min rubl cərimə cəzasına məhkum edildi. Qeyd edək ki, iş materiallarına görə, Tarasova içərisində sirr olan vaping maye qatranını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib. O, avqustun sonunda Domodedovo hava limanında həbs edilib. Aktrisanın üzərindən tapılan narkotik maddənin ümumi çəkisi 0,38 qram olub. Prokuror 3 il yarım şərti cəza istəyib.

Seçilən
10
veteninfo.az

1Mənbələr