AZ

Paşinyan Simonyanın üstündən xətt çəkdi: Səbəbi bəllidir

Ermənistanın hakim “Mülkü Müqavilə” partiyasının üzvləri Alen Simonyan sıravi deputat statusuna razı olmadığı üçün növbəti parlamentdə olmayacağına demək olar ki, əmindirlər.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrinə istinadən yazıb.

“Bir müddət əvvəl Vaaqn Xaçaturyanın səlahiyyət müddəti bitəndə və ya vaxtından əvvəl istefa verərsə, onun Ermənistan Respublikasının prezidenti postuna baxılması barədə söhbətlər gedirdi. Ancaq görünən odur ki, bu məsələ artıq müzakirə olunmur, Paşinyan Simonyandan məyusdur və səbəb qismən onun şəxsi həyatıdır. Bundan əlavə, bildirilir ki, Paşinyanın yeni favoritləri var”, - məqalədə deyilir.

O da vurğulanır ki, Alen Simonyan Milli Assambleyanın səlahiyyət müddətinin sonuna kimi vəzifəsini icra edən ilk sədri olacaq: əvvəlki bütün sədrlər postlarını səlahiyyət müddətləri bitməmiş tərk ediblər.

Seçilən
53
50
publika.az

10Mənbələr