AZ

Robin van Persinin oğlu Feyenoord da debüt etdi

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Feyenoord"un baş məşqçisi Robin van Persinin oğlu Şakil van Persi Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində baş tutan "Seltik"ə qarşı (1:3) oyunda komandada ilk oyuna çıxıb. Sport24.az xəbər verir ki, hücumçu matçın 80-ci dəqiqəsində Jordan Lotombanı əvəzləyib.

Şakil van Persi bu ilin yayında "Feyenoord" ilə üç illik müqavilə imzalayıb. O, daha əvvəl klubun gənclər komandasında oynayıb. Şakil "Mançester Siti"nin yetirməsi olsa da, 2017-ci ildə "Feyenoord"un akademiyasına keçib. 

Qeyd edək ki, hazırda aktivində 3 xal olan "Feyenoord" Avropa Liqasında 30-cu yerdədir. Niderland təmsilçisi növbəti turda Rumıniya FCSB-si ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sport24.az

1Mənbələr