Bakı. Trend:
Honkonqda yerləşən yaşayış kompleksində 94 nəfərin həyatına sonqoymuş yanğın tamamilə söndürülüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Yanğınsöndürənlər axtarış-xilasetmə tədbirlərini davam etdirir,heç kimin içəridə qalmadığına əmin olmaq üçün mənzillərə bir-birbaxış keçirilir.
Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıxməskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olanHonkonqun Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildənibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binalarınüzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarındabaşladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığıbildirilib.