AZ

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

Paralel.az xəbər verir ki bununla bağlı müvafiq qərar qəbul olunub.
 

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.


Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

1. Quliyev Elçin Musa oğlu, 

2. Salayev Ayaz Ramiz oğlu, 

3. Məmmədova Şəfiqə Haşımovna, 

4. Məmmədov Nəriman Kamileviç, 

5. Məmmədov Hikmət Baba oğlu, 

6. Məmmədov Vüsal Fəxrəddin oğlu. 
(Mənbə İqtisadiyyat.az)

Seçilən
9
23
paralel.az

10Mənbələr