AZ

Pentaqon Venesuela sahillərində vurduğu hədəflərin kimliyini dəqiq bilmir NYT

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerika hərbçiləri Venesuela sahillərində narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar çərçivəsində zərbə endirdikləri qayıqlarda kimlərin olduğunu dəqiq bilmirlər.

Bizimyol.info xəbər verir ki, bunu "The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən yazıb.

“Məlumata bələd olan şəxslərin sözlərinə görə, hərbçilər yalnız onu bilirlər ki, həmin qayıqlardakı insanlar narkokartellərlə əlaqəlidir və qayıqlarda narkotik maddələrin olduğuna dair müəyyən inama sahibdirlər. Lakin onların dediyinə əsasən, Pentaqon belə zərbələr endirdiyi halların böyük əksəriyyətində — əgər bütün hallarda deyilsə — kimi öldürdüyünü dəqiq bilmir”, – deyə məqalədə qeyd edilir.

Nəşr xatırladır ki, sentyabrdan başlayan kampaniya çərçivəsində ABŞ hərbçiləri artıq 80-dən çox insanı öldürüb. Bununla belə, qəzet vurğulayır ki, “bu zərbələrin hədəfində kartellərin yüksəkvəzifəli liderləri olmayıb”. “Ən yaxşı halda, ABŞ hərbçiləri narkotik ticarətindəki rolu sadəcə kokaini bir yerdən başqa yerə daşımaqdan ibarət olan sıravi şəxsləri öldürüb; ən pis halda isə öldürülənlərin bir hissəsi balıqçılar, miqrantlar və ya ümumiyyətlə narkoticarətlə əlaqəsi olmayan başqa insanlar ola bilər”, – deyə "NYT" yazır.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu, atom sualtı qayığını və 16 min nəfərdən çox hərbçini yerləşdirib. Sentyabrdan bəri ABŞ ordusu regionda azı 20 sürətli qayığı batırıb və nəticədə 80-dən çox insan həlak olub.

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib. Amerika KİV-ləri dəfələrlə xəbər verib ki, ABŞ yaxın vaxtlarda Bolivar Respublikasının ərazisinə zərbələr endirməyə başlaya bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
bizimyol.info

1Mənbələr