AZ

Kapitanın çoxsaylı əməlləri üzə çıxdı

BAKI, 28 noyabr. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseynov Hüseyn və digərləri hərbi xidməti zamanı komandiri kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından H.Hüseynov 15.11.2025-ci il tarixdə özünü öldürüb.

Teleqraf-ın xəbərinə gıörə, həmin faktla bağlı hərbi prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunaraq, ona əvvəlcə tutulub saxlanılmış, sonra Cinayət Məcəlləsinin maddələri ilə ittiham elan olunmuş və 27.11.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.

Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyev azadlığa buraxılıb.

Kapitan M.Səfaralıyevin çoxsaylı cinayət əməlləri törətməsinə baxmayaraq azadlıqda qalması həm cəmiyyətdə mənfi emosiya doğurmuş, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olub.

Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaqdır.

Seçilən
158
teleqraf.com

1Mənbələr