AZ

“Bu il rekord sayda şagird Milli Hakaton yarışında iştirak edir” - Eşqi Bağırov

“Bu gün keçirilən tədbir rəqəmsallaşma istiqamətində ən iri miqyaslı tədbirlərdən biridir”.

AzEdu.az xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə müsahibəsində qeyd edib.

E.Bağırov bildirib ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur:

"Bu layihələr çərçivəsində artıq hər il müsabiqələr təşkil olunur. Bilik yarışı çərçivəsində rekord sayda - ilk dəfə olaraq bu il 350 minə yaxın şagirdimiz bu prosesdə iştirak edir. İlk dəfədir ki, bu miqyasda iştirakçılıq təmin olunub və bu gün artıq bu yarış nəticəsində qalib olan və yüksələn şagirdlərimiz bu məkanda öz bacarıqlarını sınayırlar. Yekunda 30 nəfər şagirdimiz qalib olacaq. Onlar tərəfimizdən mükafatlandırılacaqdır".

Seçilən
86
3
azedu.az

10Mənbələr