Rusiya, Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret məsələləri açıq şəkildə müzakirə etməyə hazır deyil. Vətəninfo.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib.
Peskov, Ukraynada sülh məsələlərinə dair müzakirələrin açıq şəkildə, “megafon rejimində” aparılmayacağını bildirib. Onun sözlərinə görə, Rusiya bu cür müzakirələrə əvvəlcədən başlamayacaq və onları geniş ictimaiyyətə açıqlamayacaq.
Daha əvvəl, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da bildirib ki, Moskva, Ukrayna ilə bağlı məsələlərdə Avropa ilə fərqli olaraq, diplomatiyaya üstünlük verir, çox danışmaq yerinə konkret addımlar atmağa çalışır. Lavrov, ABŞ-ın Ukrayna üzrə sülh planına dair yayılan məlumatlara da toxunaraq, bu cür təşəbbüslərin məqsədinin ABŞ Prezidenti Donald Trampın səylərini zəiflətmək və planı dəyişdirmək olduğunu vurğulayıb.