AZ

Bakı və İrəvanın Qərbə dönüşü: Moskva üçün real itki, yoxsa siyasi illüziya?

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Sülh perspektivlərinin yaxşılaşması ilə həm Bakı, həm də İrəvan Moskvaya alternativ olaraq AB ilə daha sıx əlaqələr qurmağı düşünür.

Bu barədə “Politiko” məlumat yayıb.

“Onların iştirakı istənilən ciddi regional əməkdaşlıq üçün vacib hesab olunur və potensial olaraq AB ilə Türkiyə arasındakı münasibətlərin daha konstruktiv istiqamətdə irəliləməsinin əlavə faydasını gətirə bilər. Ermənistan növbəti Moldova ola bilər”, – məlumatda deyilib.

Ümumiyyətlə, Bakı və İrəvanın AB-yə yönəlməsi Moskvanın regiondakı təsirinin real zəifləməsi deməkdir, yoxsa bu yalnız situativ diplomatik manevrdir?

Ümumi götürsək, Bakı və İrəvanın eyni anda AB platformalarına yaxınlaşması təkcə “Qərbin vasitəçilik cəhdləri”nin nəticəsi deyil.

Daha dəqiq ifadə etsək, belə demək olar ki, Rusiya 2022-dən sonra artıq Cənubi Qafqaza əvvəlki kimi nə siyasi, nə iqtisadi, nə də hərbi resurs ayıra bilir. Ukrayna müharibəsi ilə bağlı sanksiyalar, iqtisadi tükənmə, KTMT-nin fiasko vəziyyəti, Ermənistanla açıq siyasi gərginlik Kremlin regiondakı “təhlükəsizlik təminatçısı” statusunu faktiki olaraq sıradan çıxarıb.

Buna görə də Moskvanın təsirinin azalması realdır. Kreml artıq prosesləri diktə etmir, yalnız reaksiyalar verir. Bu da gücün itməsinin ən tipik əlamətidir.

Digər tərəfdən, Azərbaycan üçün AB-yə yaxınlaşma geoiqtisadi layihələrin, yəni qaz, yaşıl enerji, nəqliyyat marşrutlarının genişlənməsi deməkdir. Bakı Rusiya boşluğunu doldurmağa çalışan Qərblə əməkdaşlığı praqmatik alət kimi görür, strateji asılılıq deyil.

Ermənistan üçün isə AB-yə yönəlmə artıq geosiyasi çıxış yolu xarakteri daşıyır. Paşinyan Moskva ilə münasibətləri bərpa edə bilmir, KTMT və Rusiya bazası legitimliyini itirib, hökumət Qərb istiqamətinə məcburi şəkildə sürüşür.

Yəni motivlər fərqlidir, amma nəticə eynidir: Moskva kənarda qalır.

Bütün bunlara ümumi olaraq onu demək olar ki, bu nə tam geosiyasi qopmadır, nə də sadəcə diplomatik jest. Bu, regional güc balansının dərin transformasiyasıdır.

Beləliklə, Rusiya artıq mərkəz deyil, yalnız faktor olaraq qalır. Qərbin iştirakı isə ilk dəfə real alternativ görünür.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
icma.az

1Mənbələr