AZ

Politoloq: 3+3 formatının üstünlüyü regional məsuliyyət mexanizmi yaratmasıdır

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cənubi Qafqazda geosiyasi dinamikanın artdığı bir vaxtda 3+3 əməkdaşlıq formatı regional dialoqun institusional əsaslarda qurulması baxımından xüsusi əhəmiyyət qazanır. Ermənistan XİN-in açıqlamasına görə, növbəti görüşün vaxtı və yeri hələ razılaşdırılmayıb, Bakı və İrəvan variantları üzərində diplomatik müzakirələr isə bir neçə aydır davam edir. Tərəflər əvvəlki anlaşmaya uyğun olaraq növbəti iki iclasın məhz bu şəhərlərdə keçirilməsini vacib sayır və hazırda “konstruktiv müzakirələr” apardıqlarını bildirirlər.

Bu şəraitdə Azərbaycan isə regional kommunikasiyaların açılması, tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizlik arxitekturasının formalaşdırılması kimi praktiki məsələlərin irəli aparılmasına üstünlük verir.

Siyasi şərhçi Tural İsmayılov Sherg.az-a açıqlamasında 3+3 formatının regionda dialoqun institusional çərçivəyə salınması baxımından vacib mexanizm olduğunu vurğulayıb:

"Görüşün vaxtı və yeri ətrafında uzanan müzakirələr tərəflər arasında hələ də siyasi ehtiyatlılığın qalmasından xəbər verir. Ermənistanın iclasın Bakı və ya İrəvanda keçirilməsi variantlarını gündəmdə saxlaması prosesə formal sadiqlik görüntüsü yaratmaq cəhdidir. Azərbaycan üçün əsas prinsip görüşlərin real nəticə verməsi və sözün əmələ çevrilməsidir. Bakı platformanı regionda nəqliyyat, kommunikasiyalar və təhlükəsizlik üzrə konkret razılaşmalar üçün alət kimi görür. Bu baxımdan görüşün Bakıda keçirilməsi Azərbaycanın regional təşəbbüslərdə aparıcı rolunun daha aydın nümayişi olardı. Ermənistan isə hələ də daxili siyasi balansları nəzərə alaraq qərar verməkdə çətinlik çəkir. İrəvanın tez-tez “davam edən konstruktiv müzakirələr” ifadəsinə sığınması vaxt udmaq cəhdini də xatırladır. Halbuki regionda proseslər artıq sürətlənib və uzadılmış diplomatik pauzalar effektivliyini itirib.

Ekspert bildirib ki, 3+3 formatının əsas üstünlüyü Qərbdən kənar regional məsuliyyət mexanizmi yaratmasıdır:

"Bu mexanizmdə Azərbaycanın mövqeləri həm hüquqi, həm də siyasi baxımdan kifayət qədər güclüdür. Bakı artıq postmünaqişə mərhələsində öz oyun qaydalarını formalaşdıran əsas aktora çevrilib. Ermənistan bununla barışmalı və emosional deyil, rasional davranış sərgiləməlidir. Görüşün yeri ətrafında süni mübahisə yaratmaq gündəliyin əsas mövzularını kölgədə qoyur. Əsas məsələ Zəngəzur dəhlizi, regional tranzit və təhlükəsizlik arxitekturası üzrə real irəliləyişdir. Azərbaycan bu istiqamətdə təşəbbüskar mövqeyini qoruyur və prosesi passiv müşahidəçi səviyyəsinə endirməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
sherg.az

1Mənbələr