AZ

ABŞ Venesuela sahillərində kimə zərbə endirdiyini bilmir

ain.az bildirir, Avtosfer portalına istinadən.

ABŞ hərbiçiləri Venesuela sahillərində narkotik ticarətinə qarşı mübarizə çərçivəsində hədəf aldıqları qayıqlarda kimlərin olduğunu bilmirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadla yazıb.

"Pentaqon belə zərbələr endirdiyi halların bir çoxunda, bəlkə də hamısında kimi öldürdüyünü dəqiq bilmir", - deyə nəşr yazıb.

Pentaqon sentyabr ayından etibarən 80-dən çox insanı məhv edib. Nəşrin yazdığına görə, qurbanlar arasında kartel liderləri yoxdur - ən yaxşı halda onlar narkotik daşıyıcıları, ən pis halda isə balıqçılar və miqrantlar da daxil olmaqla, təsadüfi adamlardır.

Hərbiçilər etiraf edirlər ki, hədəfləri gəmidəki insanlar haqqında dəqiq məlumatları olmadan, yalnız dolayı əlamətlərə görə müəyyən edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
avtosfer.az

1Mənbələr