AZ

Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib (FOTO)

Bakı. Trend:

Şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyətmühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasirtələblərə uyğunlaşdırılması məqsədilə ictimai müzakirə təşkilolunub. Tədbirdə şəhərsalma ilə bağlı görülən işlər və sahibkarlarüçün yeni biznes imkanlarına dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanındaİctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Sahibkarlarınfəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarınınmüasir tələblərə uyğunlaşdırılması” mövzusunda ictimai müzakirədəaidiyyəti dövlət qurumlarının nümayəndələri və ticarət sahəsindəfəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari şəhərsalmaprosesinin sahibkarların fəaliyyətinə təsiri, bu istiqamətdəonların fikir və təkliflərinin öyrənilməsinin əhəmiyyətini qeydedib. Bildirilib ki, ictimai müzakirələr qərarların hazırlanmasıprosesinə praktiki töhfə verir və sahibkarlığın inkişafı üçün dahauyğun mühitin formalaşdırılmasında faydalıdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şəhərsalmasahəsində aparılan yeniliklər fonunda biznes infrastrukturununmüasirləşdirilməsi və sahibkarların fəaliyyət mühitininyaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bildirilib ki,yenilənən şəhərsalma modeli sahibkarların daha funksional,təhlükəsiz və müasir ticarət məkanlarında fəaliyyət göstərməsi üçünyeni imkanlar yaradır. KOBİA bu prosesdə sahibkarlara təşkilati vəməlumatlandırıcı dəstək göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətininsədri Anar Rzayev şəhər nəqliyyatı və yük axınlarının tənzimlənməsiilə bağlı aparılan yenilənmə tədbirləri barədə məlumat verib. Qeydolunub ki, hazırda Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyətgöstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara,Lənkəran, Şirvan da daxil olmaqla ümumilikdə 30-a yaxın istiqamətüzrə orta hesabla 115 reyslə 700-dən artıq nəfərə xidmətgöstərilir.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktor müaviniMövsüm Hüseynov paytaxtda ticarət və xidmət infrastrukturununyenilənməsi, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznessubyektlərinin fəaliyyəti üçün alternativ imkanların təmin olunmasıbarədə məlumat verib.

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) baş direktoruEmin Şirinov bildirib ki, Fond iqtisadiyyatın prioritet sahələriüzrə fəaliyyət göstərən sahibkarlara müxtəlif maliyyə dəstəkmexanizmləri təqdim edir. Həmçinin qeyd edib ki, Fond sahibkarlarınfəaliyyət mühitinin təkmilləşdirilməsinə və rəqabətədavamlıiqtisadi mühitin formalaşmasına xidmət edən layihələri dəstəkləməyəhazırdır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəismüavini Pərvin Səfərəliyev yükdaşımaların intensivliyinin şəhəryollarında yaratdığı sıxlığın aradan qaldırılması, eləcə dənəqliyyat axınının tənzimlənməsi və sürücülərin təhlükəsiz hərəkətiüçün görülən tədbirlər barədə məlumat verib.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyininicraçı direktorunun müşaviri Məmməd Ağayev yenilənən biznesinfrastrukturunda risklərin idarə edilməsi, sığortanın önəmi barədəfikirlərini bölüşüb.

Sonra Abşeron Ticarət Mərkəzinin nümayəndəsi Erhan Topkayaticarət mərkəzinin sahibkarlıq fəaliyyəti üçün təqdim etdiyiimkanlarla bağlı təqdimatla çıxış edib, sahibkarların təklifləridinlənilib və sualları cavablandırılıb.

Sahibkarların
Sahibkarların
Sahibkarların
Məqalədə:
Seçilən
67
5
az.trend.az

6Mənbələr