AZ

Polşa korrupsiya qalmaqalı ilə bağlı Kiyevdən izahat tələb edib...

Vladimir Zelenskinin ofis rəhbəri Andrey Yermakın evində aparılan axtarışlardan sonra Polşa Ukraynadan izahat gözləyir.

SİA xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamış mətbuata verdiyi müsahibədə bildirib.

Ali Rada üzvü Yaroslav Jeleznyakın verdiyi məlumata görə, NABU və SAPO əməkdaşları məmurun evinə axtarış orderi ilə gəliblər. Oleksiy Qonçarenko Yermaka qarşı ittihamnamə hazırlandığını iddia edir.

Kosiniak-Kamış vurğulayıb ki, bu hadisələr təkcə Ukrayna üçün deyil, həm də Polşa və bütün Qərbi Avropa birliyi üçün mənfidir.

...Ümid edirik ki, bu məsələ ilə bağlı hərtərəfli izahatlar alacağıq, - deyə o bildirib.

Polşalı nazir hesab edir ki, ölkə daxilindəki mövcud vəziyyət onun Avropa Birliyinə inteqrasiyasına mane ola bilər. O qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə şəffaflığın və effektivliyin olmaması AB üzvlüyünə ciddi maneə olacaq.

Əli Babayev

Seçilən
33
sia.az

1Mənbələr