AZ

"Neftçi"nin baş məşqçi postuna əsas namizəddən SON XƏBƏR GƏLDİ!

"Neftçi"ilə Yuri Vernidub arasında danışıqlar davam edir.

Son 3 gündə tərəflər arasında telefon görüşmələri bir qədər də intensivləşib.

Ukraynalı mütəxəssis Azərbaycana gəlməyə hazırdır. O, sadəcə, bir qədər gözləməyi xahiş eləyib.

Vernidub bildirib ki, axır 3-4 ayda Avropadan xeyli təklif alıb, lakin ölkədən çıxışına icazə verilmədiyi üçün Ukraynada qalıb.

Təcrübəli mütəxəssis yerli hökümət dairələri ilə yenidən əlaqə saxladığını, budəfəki müraciətinə müsbət cavab alacağına ümid bəslədiyini deyib.

Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.

«Neftçi» rəhbərliyi hazırda səfərbər vəziyyətdədir. Samir Abasovun qara günə qoyduğu komandanı dirçəltmək üçün bütün ümidlərini ona bağlayıblar.

Səlahiyyətli şəxslər bütün əlaqələrini işə salıb ki, Vernidubun təyinatı baş tutsun. 24 gün iş görür, aldıqları hər xəbəri müzakirə edir, çıxış yolu axtarırlar. Yəni ki. yatmaq söhbəti yoxdur.

Müxtəlif səviyyələrdə Ukraynanın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Hələlik nəticədən danışmaq tezdir? Yəqin ki, proses hələ bir neçə gün belə davam edəcək.

Təcrübəli mütəxəssis daha əvvəl vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor", Moldova da isə "Şerif"in baş məşqçisi olub.

Vernidub son 3 ili ölkəsində - «Krivbas»ın sükanı arxasında keçirib. Kayrerasının ən böyük uğurunu 2020-2022-ci illərdə qazanıb.

«Şerif»i Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Moldova komandası həmin vaxt «Real»ı udmaqla bütün Avropaya səs salıb.

SPORTİNFO.AZ

Seçilən
2
1
sportinfo.az

2Mənbələr