AZ

Sənan Qurbanov: “Samir Abasov çox yaxşı komanda yığıb” – ARENA.AZ

“Neftçi”nin məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Tovuzda baş tutmuş oyununda qapılara qol vurulmayıb – 0:0.

Sənan Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Tovuz səfəri həmişə çox çətin keçir. “Turan Tovuz” iddialı klubdur. Turnur cədvəlində olduqları yer də bunu göstərir. Komandanı qısa vaxt ərzində bu oyuna hazırlamağa çalışdıq. “Turan Tovuz” uzun ötürmələrdən çox istifadə edir. Buna hazır idik. Mübarizəli oyun keçəcəyini bildirdik. Cəmi iki gün məşq keçə bilmişdik. Buraya qələbə qazanmaq üçün gəlmişdik. “Neftçi”də 3 xal prioritet sayılır. Komanda işinə bu cür ciddi yanaşsa, uğur uzaqda deyil.

Hazırda “Neftçi”nin akademiyasında koordinator vəzifəsində çalışıram. Bu klubun akademiyasında işləmək şərəfdir. Əsas komandada bir saat məşq keçsəm belə, işi sevə-sevə yerinə yetirirəm. Bu, rəhbərliyin qərarıdır. “Neftçi”yə az da olsa faydam dəysə, mən buna ancaq sevinərəm.

Müdafiədə daha ciddi oynamağa çalışırdıq. “Turan Tovuz” müdafiədən hücuma keçidlərdə bir az təhlükəlidir. Samir Abasov çox yaxşı komanda yığıb. Futbolçular çox keyfiyyətlidir. Bu komanda daha yaxşı yerlərə layiqdir.

Qələbə qazanmaq istəyərdik. 3 xal bizi turnir cədvəlində yuxarı pillələrə qaldıra bilərdi. Həm qalib gələ, həm də məğlub ola bilərdik. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox çətin rəqiblər var. Mübarizənin keyfiyyətini bir az da artırsaq, bu komanda uğur qazana bilər.

Vensan Abubakar çox peşəkar futbolçudur. İşinə çox ciddi yanaşır. Məşqlərə tez gəlir, canla-başla çalışır. Bu, komandada olan gənc futbolçulara örnəkdir. Düşünürəm ki, Abubakar “Neftçi” üçün çox böyük qazancdır.

Bu təzyiqin altında oynamaq asan deyil. Mən iki dəfə ölkə kubokunu qazanmışam. Çox yaxşı hissdir. Qarşıda “Zirə” ilə çox vaacib kubok oyunu var. Bizi səfərdə ağır matç gözləyir. Sabahdan həmin oyuna hazırlaşmağa başlayacağıq”.

Seçilən
155
3
arena.az

10Mənbələr