AZ

Gəncədə yol qəzası baş verib – Xəsarət alanlar var

GƏNCƏ, 28 noyabr. TELEQRAF

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.

Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
185
teleqraf.com

1Mənbələr