AZ

Ad “Neftçi”dirsə, burada mütləq şəkildə 3 xal prioritet sayılır Sənan Qurbanov

ain.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasında XIII tur start götürəcək.

Fanat.Az xəbər verir ki, bu gün “Neftçi” PFK-nın məşqçisi Sənan Qurbanov Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 13-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:

“Tovuz səfəri hər zaman çətin keçir. “Turan Tovuz” iddialı klubdur. Çalışdıq ki, qısa zamanda komandamızı bu rəqibə qarşı hazırlayaq. Bu meydanda mübarizəli oyun keçəcəyini bilirdik. Futbolçular həm müdafiədə, həm də hücumda müxtəlif gedişatlar etməyə çalışdılar. Əlbəttə ki, buraya qələbə qazanmaq üçün gəlmişdik. Çünki ad “Neftçi”dirsə, burada mütləq şəkildə 3 xal prioritet sayılır. Bu gün futbolçularımız pis çıxış etmədilər, yaxşı təsir bağışladılar. Düşünürəm ki, qarşıdakı günlərdə komandamız işinə bu şəkildə ciddi yanaşsa, uğur qazanmaq uzaqda deyil. Çox keyfiyyətli futbolçularımız var və təbii ki, komandamız daha yaxşı yerlərə layiqdir. Harada “Neftçi” adı varsa, orada həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmaq var”.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
3
fanat.az

4Mənbələr