AZ

Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2001-ci il təvəllüdlü İ. Haqverdiyev, 2004-cü il təvəllüdü H. Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Seçilən
50
8
olke.az

10Mənbələr