AZ

Tramp Baydenin bu sərəncamlarını ləğv etdi


ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin avtomatik imzalama qurğusundan istifadə edərək imzaladığı bütün sərəncamlarını ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.   
O, Baydenin imzaladığı sənədlərin təxminən 92%-nin avtomatik qələmlə imzalandığını bildirib.
Amerika lideri bu sənədlərin ləğv edildiyini və artıq heç bir təsiri olmadığını qeyd edib.  
“Qələmdən istifadə birbaşa ABŞ prezidenti tərəfindən icazə verilmədiyi təqdirdə qadağandır”, - Tramp əlavə edib.
Amerika liderinin sözlərinə görə, radikal solçu demokratlar faktiki olaraq prezidentlik səlahiyyətlərini Baydendən alıblar.
“Buna görə də, Bayden tərəfindən birbaşa imzalanmayan bütün sərəncamları və hər hansı digər sənədləri ləğv edirəm, çünki avtomatik qələmi idarə edən insanlar qanunsuz hərəkət ediblər”, - Tramp qeyd edib.
“Bayden avtomatik qələmin tətbiqi prosesində şəxsən iştirak etməyib. və əgər əksini iddia etsə, yalançı şahidlikdə ittiham olunacaq”, Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə Baydenin sənədləri özünün imzalamadığını və onun tərəfdaşlarının avtomatik qələmdən istifadə etidyini bildirib. O, həmçinin bildirib ki, Baydenin 2500-ə yaxın şəxsi əfv edən sərəncamları keçmiş prezidentin xəbəri olmadan avtomatik qələmlə imzalanıb.
Seçilən
182
2
yeniavaz.com

10Mənbələr