AZ

Spiker Çin xalqına başsağlığı verdi

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lıciyə ünvanladığı məktubda Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olmasından və yaralanmasından kədərləndiyini bildirib.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Çin xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Seçilən
122
11
hafta.az

10Mənbələr