AzVision.az xəbər verir ki, Amerika lideri bununla bağlı özünün “Truth Social” sosial platformasında paylaşım edib.
“Yuxulu Co Baydenin avtomatik qələmdən istifadə edərək imzaladığı hər hansı sənədlər, yəni onların təxminən 92%-i bu andan etibarsızdır və artıq qüvvədə deyil. ABŞ prezidentinin icazəsi olmadan avtomatik qələmdən birbaşa istifadə qadağandır”,- Donald Tramp yazıb.
Amerika liderinin sözlərinə görə, “radikal solçu demokratlar”faktiki olaraq“Baydeni prezident səlahiyyətlərindən məhrum ediblər”.
- Bununla əlaqədar olaraq, yalançı Co Bayden tərəfindən birbaşa imzalanmayan bütün icra sərəncamlarını və sənədləri ləğv edirəm. Çünki avtoqələmi idarə edənlərin hərəkətləri qeyri-qanuni olub. Bayden avtomatik qələm prosesində iştirak etməyib. Əgər o, bunun əksini iddia edərsə, yalan şahidlik ittihamı ilə üzləşəcək”,- Ağ Evin rəhbəri vurğulayıb.
Xatırladaq ki, Donald Tramp əvvəllər dəfələrlə Baydenin sənədləri şəxsən imzalamadığını, lakin onun tərəfdaşlarının avtomatlaşdırılmış imzalara əl atdığını iddia edib. Konkret olaraq, o, keçmiş prezidentin xəbəri olmadan təxminən 2500 şəxsə, o cümlədən Baydenin qohumlarına münasibətdə avtomatik qələmlə imzalanan əfv fərmanlarının etibarlılığına şübhə etdiyini bildirib.
Maraqlıdır ki, Baydenin özü də “The New York Times (NYT)” qəzetinə verdiyi müsahibədə əfv sərəncamları üçün imza qələmindən istifadə edildiyini təsdiqləyib. Bununla belə, o, bütün qərarları şəxsən verdiyini və yalnız böyük həcmli sənədlərə görə avtomatik imzadan istifadə etdiyini bildirib. İyul ayında Ağ Ev keçmiş prezidentin avtomatik imza qələmindən istifadə etməsi ilə bağlı araşdırmaya başlayıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta