AZ

AÇ: Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət seçməsi ilə qarşılaşacaq.

Noyabrın 28-də keçirilməli olan, ancaq əlverişsiz hava şəraiti səbəbindən bu günə tarixə təxirə salınan görüş Qoran Pandev Məşq Kompleksində təşkil olunacaq və Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.  

Qeyd edək ki, U-19 qrupdakı ilk matçında Sloveniyaya  0:2 hesabı ilə uduzub.

Seçilən
147
fanat.az

1Mənbələr