AZ

Aylıq 440 manat alimenti ödəməyən ana məhkəməyə verildi 500 manat da cərimələndi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.

“Qafqazinfo”nun məlumatına görə, boşanma qərarına əsasən, Səbinə (şərti) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməlidir.

Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən  sonra onun ümumilikdə 6390 manat aliment borcunun yarandığı müəyyən edilib.

Səbinə məhkəmədə deyib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə daha bir övladının olduğunu bildirib. Qadın deyib ki, həmin övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən qazancının böyük hissəsini onun müalicəsinə sərf edir.

İcra məmuru qadının öhdəliyi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs edilməsini tələb etsə də, məhkəmə başqa qərar qəbul edib. Aylıq 440 manat alimenti ödəyə bilməyən qadın 500 manat da cərimə olunub.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
17
qafqazinfo.az

10Mənbələr