AZ

Məşhurlar Ajdanın villasından danışır — FOTO

Məşhurlar dünyası müğənni Ajda Pekkanın Bodrumda yeni təmirdən çıxmış 4 mərtəbəli 6 otaqlı super lüks villasından danışır.

Tribuna.az xəbər verir ki, karyerası, səhnə enerjisi, bədən quruluşu və şəxsi həyatı ilə hər zaman diqqət mərkəzində olmağı bacaran Ajda Pekkan bu dəfə Bodrum-Çamlıköydə yeni təmirdən çıxan super dəbdəbəli villası ilə gündəmə gəlib.

Məlumata görə, təmir və bəzədilməsi 4 il davam edən villaya super ulduz 30 milyon türk lirəsi xərcləyib. O, bütün mərtəbələri, otaqları, mətbəxi, hamamları, birinci mərtəbəni və hovuzu söküb yenidən tikdirib. Əsasən qara və boz rənglərdən ibarət olan mebel, Feng Shui-yə uyğun olaraq xüsusi dizayn edilmiş və yerləşdirilmişdir.

Eyn zamanda, Pekkan 2013-cü ildə çəkildiyi reklamdan heç bir pul almasa da, reklam qarşılığında ona bu villa verilib.

Qeyd edək ki, artıq ilin yarısını bu evdə keçirən Ajda Pekkanın yay aylarında Bodruma gələn Ebru Gündeş də onun qonşusudur.

Dəniz Pənahova

Seçilən
91
1
tribunainfo.az

2Mənbələr