Bakı. Trend:
Azərbaycan Hava Yolları aviaşirkəti “Airbus” şirkətindən rəsmidirektivlər daxil olan kimi təyyarə parkında operativ şəkildətexniki yoxlamalar aparıb. Yoxlamanın nəticələrinə əsasən,korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarəmüəyyən edilib.
Bu barədə Trend-in sorğusunacavab olaraq AZAL-dan məlumat verilib.
Bildirilir ki, tövsiyələrə uyğun olaraq həmin təyyarələrinproqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb:
"Qeyd edilən direktivlər “Airbus” tərəfindən A320 ailəsinə aidtəyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlaraşkarlanandan sonra göndərilib. İstehsalçının məlumatına görə,güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadəedilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədarolaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb vəhava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib".
"AZAL tərəfindən bütün texniki məsələlər vaxtında və tam şəkildəhəll olunub. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdəfəaliyyət göstərir.
AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritetolaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə vəbeynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinəyetirilir", - qurumdan əlavə olunub.
Qeyd edək ki, Airbus, güclü günəş partlayışlarının uçuşidarəetmə sistemində nasazlıqlara səbəb olduğu və ekipajın iştirakıolmadan qəfil trayektoriya dəyişikliklərinə səbəb olduğu bir sırahadisələrdən sonra A320 ailəsinə məxsus təyyarələrini geriçağırdığını elan edib. Geri çağırılma təxminən 6000 təyyarəyə təsiredəcək - dünya miqyasında xidmətdə olan bütün A320 təyyarələrininyarısından çoxu.