AZ

Ödənişli yolda quraşdırılan radarlar “ağıllı nəzarət sistemi” ilə işləyəcək (FOTO)

Bakı. Trend:

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeniradarlar və müşahidə kameraları quraşdırılıb.

Trend-inməlumatına görə, yeni radarlar və müşahidə kameraları hələki testrejimində işləyir.

Belə ki, poroses Daxili İşlər Nazirliyinin müvafiq qurumutərəfindən həyata keçirilir.

Ödənişli yolda quraşdırılan bu radarlar ən müasir "ağıllınəzarət sistemi" ilə işləyir. Yeni texnoloji qurğular adi sürətölçən cihazlardan fərqli olaraq, bir-biri ilə real vaxtda məlumatmübadiləsi aparır. Bu isə o deməkdir ki, eyni yol xəttində ardıcılyerləşdirilən radarlar arasında məsafə nəzarətə götürülür və sürücühəmin iki nöqtə arasında sürət həddini aşarsa, sistem bunu dərhalqeydə alır.

Ağıllı radarlar avtomobilin həmin marşrut boyu orta sürətini dəhesablayır. Beləliklə, sürücülər yalnız radarın qarşısındankeçərkən deyil, bütün hərəkət trayektoriyası boyunca müəyyənolunmuş maksimal sürət həddinə əməl etməlidirlər. Sistemin əsasməqsədi yol təhlükəsizliyini artırmaq və sürət həddinin sünişəkildə azaldılıb-artırılması ilə cərimələrdən yayınma hallarınınqarşısını almaqdır.

Hazırda texniki vasitələr test rejimində sınaqdan keçirilir.Sınaq müddəti başa çatdıqdan sonra radarların tam funksionalşəkildə işə düşəcəyi və qayda pozuntularının avtomatik olaraq qeydəalınacağı gözlənilir. Rəsmi qurum sürücülərə xəbərdarlıq edərəkqeyd edir ki, yeni sistem təhlükəsizliyin təmin olunması üçünnəzərdə tutulub və hərəkət zamanı yol nişanlarına ciddi riayətedilməlidir.

Məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobilyolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədəradarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdətutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlıtəkliflər də müzakirə olunur.

Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəməməntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olanhissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rastgəlmək olar.

Qeyd edək ki, ödənişli yolda maksimal sürət həddi, radar vəmüşahidə kameralarını göstərən yol nişanları isə bu ilin yanvarayında quraşdırılıb.

Ödənişli
Ödənişli
Ödənişli
Ödənişli
Ödənişli
Məqalədə:
Seçilən
88
19
az.trend.az

10Mənbələr